AZ

Pedri polşalı hakimdən şikayətləndi: "Bu, ilk dəfə deyil"

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında məhsuldar bərabərliyə razılaşdığı (3:3) "İnter"ə cavab qarşılaşmasında 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Barselona"nın yarımmüdafiəçisi Pedri Milandakı oyundan sonra polşalı referi Şimon Martsinyakın idarəçiliyindən şikayətlənib.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:

"Komandamızla fəxr edirəm. Bir qədər üzgünəm, çünki 4-cü qolu buraxandan sonra hesabı bərabərləşdirə bilmədik. 

Bu hakimin idarə etdiyi oyunlarda həmişə "Barselona" ilə bağlı problemlər olur. UEFA vəziyyəti nəzarətdə saxlamalıdır, bu, ilk dəfə deyil. Elə şeylər var ki, onları başa düşə bilmirəm. İzah etmək belə, çətindir. 50-nin 50-yə olan bütün epizodlarda rəqibin lehinə qərar verdi. Sonradan cərimə zərbəsi ilə əvəzlədiyi Laminin penalti epizodunda Mxitaryana ikinci sarı vərəqəni verərək onu meydandan qovmalı idi".

Xatırladaq ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək. İngiltərədə baş tutan ilk qarşılaşma Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflərin cavab oyunu bu gün keçiriləcək.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr