“Qalatasaray”ın sabiq futbolçusu Ümit Karan həbs olunub.
İdmanxeber.az-ın məlumatına görə, o, cinsi təcavüzdə ittiham olunub. “Sabah” nəşri iddia edir ki, Kara 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib və həbsxanaya göndərilib.
Ümit Karan 2001-2009-cu illərdə “Qalatasaray”da çıxış edib. Türkiyə millisində 10 oyun keçirmiş forvard 3 qol vurmağı bacarıb.