AZ

Keçmiş futbolçu həbs edildi

Türkiyəli sabiq milli futbolçu və şərhçi Ümit Karan keçmiş yaşayış binasının xidmətçisinə qarşı "təqib səviyyəsində cinsi t *cavüz" ittihamı ilə həbs edilib.

News24.az xəbər verir ki, 2015-ci ildə Karana qarşı yaşadığı yaşayış binasının qulluqçusu İ.A.-ya cinsi t *cavüz etdiyi iddiası ilə 5 ilə qədər həbs cəzası istənilib. 

Bakırköy Məhkəməsi kifayət qədər dəlil olmadığı üçün Karan haqqında bəraət hökmü çıxarıb.

Bakırköy Asliye Cəza Məhkəməsinin verdiyi bəraət qərarı Bölgə Ədalət Məhkəməsi 20-ci Cəza Dairəsi tərəfindən ləğv edilərək o, 1 il 8 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Bakırköy Ədliyyəsinə gedən Karan həbs olunduqdan sonra Metris Həbsxanasına göndərilib.


Günel Məlikzadə


Seçilən
0
news24.az

1Mənbələr