Qələbə günü üçün Moskvaya uçan Serbiya prezidenti Vuçiçin təyyarəsi Bakıda məcburi eniş edib. Bu barədə yerli BAP Vesti nəşri məlumat yayıb.
“Prezident Vuçiçin təyyarəsi Bakıda məcburi eniş edib”, - məlumatda deyilir.
Mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda 29 xarici ölkə lideri iştirak edəcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Çin Prezidenti Si Cinpinin , Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın, Serbiya Prezidenti Aleksandr Vuçiçin, Slovakiyanın Baş naziri Robert Fikonun , eləcə də nasist Almaniyasının məğlub edilməsində əməyi olan əksər keçmiş Sovet respublikalarının rəhbərlərinin gəlişi gözlənilir.
Bugün Rusiya Ukrayna müharibəsi fonunda Moskva hava limanında 60 min sərnişin gözləmədə qalıb.
Gülnar