AZ

"Azərbaycan Hindistan-Pakistan gərginliyinə sülh çağırışı edir"- Samir Vəliyev

“Azərbaycan bütün dünyada sülh, sabitlik və təhlükəsziliyin tərəfdarıdır. Dünyada davam edən münaqişələr bir sıra xalqlara, günahsız insanlara böyük fəlakətlər gətirir. Bu baxlmdan, Hindistanla Pakistan arasında baş verən hərbi toqquşmaların da tezliklə başa çatmasını istəyirik”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, tərəflər mövcud problemləri dinc yolla həll etməlidir. Çünki hərbi qarşıdurma davam edərsə, bu həmin ölkələrin mülki insanlarına da ciddi zərər vurur. Hindistanın hücumu nəticəsində Pakistanda onlarla mülki insanın ölümü təəssüf doğrurur. Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında da münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verərək Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib. Eləcə də, Pakistan İslam Respublikasına qarşı mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənilib, Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verilib və yaralananların tezliklə sağalması arzu edilib. Nəzərə alaq ki, dost və qardaş Pakistan vaxtilə Azərbaycanın torpaqlarının işğalını qətiyyətlə pisləyib, buna görə işğalçı Ermənistanla heç bir münasibət qurmayıb. 44 günlük Vətən müharibəsi zamanı da Pakistan birmənalı olaraq Azərbaycanı dəstəkləyib.

“Hindistana gəlincə, təəssüf ki, bu ölkə işğalçı dövlət Ermənistanın silahlandırılmasında iştirak edir. Azərbaycan Ermənistanın silahlandırılmasının əleyhinədir. Çünki təcrübə göstərir ki, Ermənistan silahlanma siyasətindən Azərbaycan torpaqlarını işğal etmək üçün istifadə edib. Hindistan öz siyasətində, o cümlədən Pakistanla problemlərin həllində beynəlxalq hüquq normalarına əməl etməlidir”, deyə deputat vurğulayıb.

Seçilən
0
news365.az

1Mənbələr