Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.
Sfera.az bu barədə Serbiyanın "Tanjuq" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycana eniş etmək məcburiyyətində qalıb.
Uçuşun davam etdirilib-etdirilməyəcəyi məlum deyil.
Xatırladaq ki, Rusiyanın bir sıra şəhərlərində hava limanları Ukrayna hücumlarına görə bağlanıb.
Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfərə yola düşüb.
Firuzə Əliyeva
Sfera.az