Çərşənbə günü parlamentdə çıxış edən yaradıcı sənayelər naziri Kris Bryant deyib:
"Biz artıq ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndələri ilə bu məsələ barədə fəal müzakirələr aparırıq. Hər hansı bir təklifin nə ola biləcəyini müəyyənləşdirmək və dünyada lider olan yaradıcı sənayelərimizi qorumaq üçün ciddi şəkildə çalışırıq."
Bryant qeyd edib ki, Tramp hələlik planla bağlı ətraflı məlumat verməyib və filmlərə tariflərin necə tətbiq olunacağı da qeyri-müəyyəndir. Çünki film istehsalı adətən müxtəlif ölkələrdə və yerlərdə həyata keçirilir.
Əyləncə sənayesi isə bu açıqlamadan sonra çaşqın vəziyyətdə qalıb. Bazar ertəsi günü Trampın verdiyi bəyanat həm zamanlaması, həm də tətbiq üsulu baxımından sənaye rəhbərləri tərəfindən sual altına alınıb.
Qeyd edək ki, Britaniya film və televiziya istehsalında aparıcı ölkələrdən biridir və bu sahə əsasən Londona yaxın studiyalarda cəmlənib.
ProdPro şirkətinin məlumatına görə, 2024-cü ildə Britaniyada film istehsalına çəkilən vəsait 5.91 milyard dollar təşkil edib. Müqayisə üçün, ABŞ-da bu rəqəm 14.54 milyard dollardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31