AZ

İraq Prezidenti Ceyhun Bayramovu qəbul etdi

İraq Prezidenti Abdullatif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

 

Görüş zamanı Azərbaycan və İraq arasında dostluq və əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

 

Tərəflər ikitərəfli münasibətlərin inkişafı, o cümlədən ticarət, investisiya, enerji, turizm və qarşılıqlı maraq doğuran digər sahələr barədə fikir mübadiləsi aparıblar.

 

BMT, QH, İƏT və AİƏF kimi çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

 

Nazir Bayramov həmçinin regionda münaqişədən sonrakı yenidənqurma səyləri və sülh gündəliyi barədə ətraflı məlumat verib.

 

Hər iki tərəf qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqlənib.

Tarix: 7 May 2025, 16:25   
Seçilən
0
5
pravda.az

10Mənbələr