AZ

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 7-də Konstitusiya Məhkəməsində Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünəhəsr olunmuş “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu AzərbaycanRespublikasının Konstitusiyası: müasir hüquqi dövlətçiliyinintəməli kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Trendxəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən KonstitusiyaMəhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətininqurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən,böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyinbərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbinəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyiniciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi,sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşünyarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər HeydərƏliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.

Sədr Azərbaycan tarixinin bütöv bir mərhələsinin ÜmummilliLiderin adı ilə bilavasitə bağlı olduğunu, görkəmli siyasətçiHeydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvitərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycandahüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyaraqinkişaf etdirdiyini vurğulayıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin,siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edibki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalqsəsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdədövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaşcəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərəuyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin prosesçərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalətmühakiməsi institutu təsis edilib.

Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanxalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəsideyaları onun layiqli davamçısı olan Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir.Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Ulu ÖndərHeydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğunvə Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqicəmiyyətin inkişafına xidmət edir.

Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindəntəməli qoyulan məqsədyönlü daxili və xarici siyasətin, orduquruculuğu strategiyasının müasir dövrdə Müzəffər Ali Baş Komandanİlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsindəAzərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərqazanıb, torpaqlarımızın uzun illər davam edən işğalına sonqoyularaq ərazi bütövlüyümüz, tarixi ədalət və beynəlxalq hüquqbərpa edilib. Bu Qələbə regionda yeni reallıqlar yaradaraqKonstitusiyanın hüquqi qüvvəsini və vətəndaşların konstitusiyahüquqlarının bərpasını işğaldan azad edilmiş torpaqlarımızda təminetdi.

Vurğulanıb ki, 2023-cü ilin sentyabrında Müzəffər Ali BaşKomandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanınkonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyatakeçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsindəRəşadətli Ordumuz dövlətimizin suverenliyini onun bütün ərazisindətam təmin etdi və xalqımızın milli ruhunun yenilməzliyini bir dahanümayiş etdirdi.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı iləAzərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlikİli” elan edilib və bununla bağlı, ölkədə bir sıra tədbirlərkeçirilməkdədir. Həmçinin, Konstitusiya Məhkəməsi tərəfindən bu ilbir sıra tədbirlərlə yanaşı iyul ayında Azərbaycan RespublikasıKonstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilmişbeynəlxalq konfrans təşkil ediləcək.

Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetininrektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilik Akademiyasının, Milli AviasiyaAkademiyasının, Azərbaycan Respublikası Ədliyyə NazirliyininƏdliyyə Akademiyasının, Hüquqi Ekspertiza və QanunvericilikTəşəbbüsləri Mərkəzinin, Daxili İşlər Nazirliyinin PolisAkademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyevadına Akademiyasının nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, görkəmli siyasi və dövlət xadimiHeydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin tarixində yenimərhələnin başlanğıcı olub. Ulu Öndərin Azərbaycana rəhbərliketdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsasıqoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələrgələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəminyaradıb.

Daha sonra Konfransın praktiki hissəsində müxtəlif hüquqimövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsiaparılıb.

Tədbirə yekun vuran Fərhad Abdullayev xüsusilə qeyd edib ki,Ümummilli Lider Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinəhesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq, bugün onun siyasi varisi Dövlət Başçısı cənab İlham Əliyev tərəfindənuğurla davam etdirilir, Azərbaycan dünyada bir çox yeni layihələrəimza ataraq məğlubedilməz və güclü dövlətə çevrilir, hərtərəfliinkişaf edərək zəfərdən-zəfərə doğru addımlayır. KonstitusiyaMəhkəməsi də öz növbəsində müəllifi Ulu Öndər Heydər Əliyev olanƏsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlətquruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunmasıistiqamətində Prezident cənab İlham Əliyevin həyata keçirdiyimütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələribundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.

Tədbirin sonunda Konstitusiya Məhkəməsinin sədri FərhadAbdullayev aprelin 25-də Bakı şəhərinin Qaradağ rayonunun ortaməktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş“Konstitusiya və Suvenrenlik İli” hüquq olimpiadasının qaliblərinəmükafatlar təqdim edib.

Konstitusiya
Konstitusiya
Konstitusiya
Seçilən
0
4
az.trend.az

5Mənbələr