BAKI, 7 may. TELEQRAF
Hindistan heç bir dəlil olmadan Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən 22 aprel Pahalqam hücumunun bütün günahını Pakistanın üzərinə atıb.
Teleqraf xəbər verir ki, bunu Pakistan Baş nazir Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.
“Onlar bütün dünyanı inandırmağa çalışdılar ki, Pakistanın insidentdə əli olub”, - baş nazir bildirib.
Şahbaz Şərif Hindistanın bununla bağlı bütün ittihamlarının əsassız olduğunu vurğulayıb.