AZ

Mahir Emreli Almaniya futbol klubunu tərk edir

Yeni mövsümdə azərbaycanlı hücumçu Mahir Emreli yeni klubunun rənglərini qoruyacaq. O, forvardın ötən yaydan çıxış etdiyi “Nürnberq”də qalmayacaq.

"Nürnberq" futbol klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayırdığını açıqlayıb. Bu barədə klubun sosial şəbəkələrdə paylaşdığı məlumatda deyilir.

Məlumata görə, forvard cari mövsümün sonunda hazırkı müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq. Tərəflər yeni sazişlə bağlı razılığa gələ bilməyiblər.

Bu mövsüm Emreli İkinci Bundesliqada (Almaniyanın ikinci ən güclü futbol divizionu) "Nürnberq"in heyətində 22 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, Emreli bundan əvvəl “Qarabağ” (Azərbaycan), “Varşava Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Zaqreb Dinamo” (Xorvatiya) komandalarının da rənglərini qoruyub.

Almaz Həsənli

Seçilən
0
oxumeni.az

1Mənbələr