AZ

Ermənistan ordusunda maaş qalmaqalı

Ermənistan Respublikasının Silahlı Qüvvələrində sıravi müqaviləli hərbçilərin maaşı cəmi gündə 1700 dram (4 dollar) təşkil edir.

News365.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdəki “Ermənistan” blokunun deputatı, daşnak siyasətçi Geqam Manukyan çıxış edib.

Onun sözlərinə görə, deputatlar, hökumət üzvləri və polis əməkdaşları, sərhədlərdə hava şəraitindən asılı olmayaraq fasiləsiz təhlükəsizlik təmin edən hərbçilərlə müqayisədə dəfələrlə çox maaş alırlar.

Bu fikrə Müdafiə nazirinin müavini Arman Sarkisyan etiraz edib. O bildirib ki, “Bizdə gündə 1700 dram maaş anlayışı yoxdur. Döyüş növbəsində olan müqaviləli hərbçilər ən azı gündə 4000 dram alırlar. Bu məbləğ mövqelərin təminat səviyyəsinə görə arta da bilər. Və bu, minimum əmək haqqıdır.”

Nazir müavini əlavə edib ki, Nazirlər Kabinetinin 712 nömrəli qərarına əsasən, bu məbləğə müxtəlif əlavələr də əlavə olunur. Onun iddiasına görə, Silahlı Qüvvələrdə minimum maaş 220 min dramdır

Seçilən
0
news365.az

1Mənbələr