"Üç illik müharibədən sonra Rusiya ordusu zəifləyib və parad Kremlin çarəsizliyini üzə çıxaracaq..."
Rusiya prezidenti Vladimir Putin 9 May Moskva paradını Kremlin gücünün sübutu kimi təqdim etmək istəyir. Lakin bu hadisə həm də ölkənin müharibədən yorulduğunu göstərən bir əlamət kimi də dəyərləndirilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzetinin şərhçisi Rocer Boyes yazır.
Cümə günü Putinin müttəfiqləri Qırmızı Meydanda toplaşacaq. Onlar səmaya baxaraq, ehtiyatla Ukrayna PUA-larının hava hücumundan müdafiəni yara biləcəyini düşünəcək.
Üç illik müharibədən sonra Rusiya ordusu zəifləyib və parad Kremlin gücünü göstərməkdən çox, onun çarəsizliyini üzə çıxarır. Boyes yazır: "Rusiya müharibədən yorulmuş ola bilər, amma müharibəyə hələ də hazırdır".
Analitiklər parad zamanı modernləşdirilmiş T-72 tanklarına, "İskəndər-M" raketlərinə və mobil qitələrarası nüvə raketlərinə diqqət yetirəcək. Bütün bunlar NATO-ya qarşı potensial hərbi hazırlığın nümayişidir.
Qlobal dəyişikliklər
ABŞ Ukrayna siyasətində mümkün dəyişikliyin gözlənilməsinə rəğmən, müdafiəsini gücləndirir və Çinlə mümkün qarşıdurmaya hazırlaşır. Bu, Putinin Çinlə ittifaq qurmaq arzularına zərbə vurur.
Eyni zamanda, Avropa da müdafiə sahəsində fəallaşıb - Almaniyanın hərbi xərcləri 30 faizdən çox artaraq Britaniyanı geridə qoyub. Siyasi rəhbərlər bu artımı həm strateji zərurət, həm də iqtisadi fürsət kimi görür. Bir fransız rəsmisi deyib: "Artıq müdafiəmizi başqalarının müəyyən etməsinə icazə verə bilmərik".
Sənaye və strateji temp
"Rheinmetall" kimi şirkətlər sursat istehsalını kəskin artırır, NATO isə yaxın sammitdə Avropanın Rusiya ilə mübarizə aparmaq üçün kifayət qədər sürətlə silahlandığını dəyərləndirəcək.Trampın strategiyası Reqanınkından fərqlənir.
ABŞ hazırda tammiqyaslı hərbi iqtisadiyyata keçməyə maraqlı görünmür. ABŞ ayda 40 min mərmi istehsal etsə də, Ukrayna gündə 15 minə qədər istifadə edir. Daha real məqsəd Rusiyanın Çinlə olan ittifaqını zəiflətməkdir. Ukrayna təslim olacağı təqdirdə, Moskva Pekindən uzaqlaşmaq azadlığı qazana bilər. 9 May paradı həm "əzələ nümayişi", həm də diqqəti yayındırmaq cəhdidir.
Lakin əsl təhlükə ABŞ üçün Çin gəmi sənayesindən gələ bilər, bu sahə Amerikanınkından 200 dəfə böyükdür. Ən təhlükəlisi isə münaqişələrin İsraildən İrana, Hindistandan Pakistana nəzarətsiz güclənməsidir. XX əsrin tarixi göstərir ki, silahlanma xilaskar yox, bəzən fəlakətin xəbərçisidir.
Kremlin planlaşdırdığı 9 May paradı
Kreml bəyan edir ki, Putinin paradına 29 ölkənin, o cümlədən Çin, Misir, Qazaxıstan, Azərbaycan və Belarusun nümayəndəsi qatılacaq. Diqqətçəkən məqam odur ki, Putin birtərəfli qaydada 8 may saat 00:00-dan 11 may saat 00:00-dək üç günlük atəşkəs elan edib. Ukrayna bu təklifi rədd edib.
"The Washington Post" nəşri qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri 9 mayda Rusiya regionlarını vura bilər, lakin Moskvanın özü hədəf olmayacaq. Çünki Rusiya paytaxtını qorumaq üçün ciddi hava hücumundan müdafiə vasitələri yerləşdirib.