BAKI, 7 may. TELEQRAF
Binəqədi rayonunda ağır yol qəzası zamanı piyada sınıq xəsarətləri alıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Rəşid İsmayılov küçəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 2001-ci il təvəlllüdlü Cəlilov Müzəffər Telman oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən M. Cəlilovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.