“Football-plus.az” xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasına 1-ci təsnifat mərhələsindən başlasa, “səpələnmişlər” siyahısında olacaq.
Ağdam təmsilçisinin potensial rəqibləri sırasında “Levadiya” (Estoniya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus” (San Marino) var. Malta, Şimali Makedoniya və Albaniya çempionları isə hələ müəyyənləşməyib.
Qeyd edək ki, “Qarabağ”ın mübarizəyə 1-ci, yoxsa 2-ci təsnifat mərhələsindən başlaması bu gün müəyyənləşəcək. Belə ki, “Arsenal” Çempionlaq Liqasında finala çıxa bilməyəcəyi tədqirdə Qurban Qurbanovun komandası 2-ci təsnifat mərhələsindən başlayacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta