"Qalatasaray"ın keçmiş futbolçusu Ümit Karan Bakırköy Asliye Cəza Məhkəməsi tərəfindən "təcavüz səviyyəsində sadə cinsi təcavüz" ittihamı ilə bəraət qazansa da, Bölgə Ədalət Məhkəməsi tərəfindən 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İdman.biz xəbər verir ki, Kassasiya Məhkəməsi Türkiyə millisinin sabiq forvardına verilən 1 il 8 ay həbs cəzasını təsdiqləyib.
Karan təsdiqlənən cəza çərçivəsində bu gün Bakırköy Ədliyyəsinə gələrək Metris Həbsxanasına göndərilib.
İdman.biz