BAKI, 7 may. TELEQRAF
İpoteka və Kredit Zəmanət Fondu kirayə mexanizmi çərçivəsində Bakıda, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 150 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Fonddan Teleqraf-a verilən məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 15 may 2025-ci ildən etibarən açıq olacaq.
Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb.