AZ

BƏƏ İsrail və Suriya arasında əlaqə kanalı yaratdı

BAKI, 7 may. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail və Suriya arasında artan gərginlik fonunda iki ölkə arasında dolayı təmasların qurulması üçün əlaqə kanalı yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar əsasən təhlükəsizlik və kəşfiyyat məsələlərinə yönəlib və tərəflər arasında etimadın möhkəmləndirilməsi məqsədi daşıyır.

Əlaqə kanalının yaradılması Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa-nın aprelin 13-də BƏƏ-yə rəsmi səfərindən bir neçə gün sonra həyata keçirilib.

Seçilən
0
teleqraf.com

1Mənbələr