Keçmiş Türkiyə millisinin futbolçusu Ümit Karan "təqib səviyyəsində sadə cinsi təcavüz" ittihamı ilə 1 il 8 ay həbs cəzasına məhkum edilib.
Milli.Az xəbər verir ki, İstanbul Regional Ədliyyə Məhkəməsinin 20-ci Cəza Kollegiyası tərəfindən verilən hökm qəti sayılıb və sabiq futbolçu Metris həbsxanasına göndərilib.
Hadisənin 2015-ci ildə Karanın yaşadığı mənzildə baş verdiyi bildirilir. İttihama görə, o, evində mühafizəçi kimi çalışan İ.A.-ya qarşı qeyri-qanuni davranış sərgiləyib. İlk məhkəmə dəlil çatışmazlığı səbəbilə Karanı bəraətə layiq görsə də, apellyasiya məhkəməsi bu qərarı ləğv edərək yeni hökm çıxarıb.
Hökmün icrası üçün bu gün Bakırköy Ədliyyəsinə təslim olan Ümit Karan prosedurların tamamlanmasının ardından Metris həbs müəssisəsinə yerləşdirilib.
Məhkəmə prosesində özünü müdafiə edən keçmiş futbolçu ittihamları qəbul etməyib və bəraət istəyib.
Onun vəkili də qərarın yenidən qiymətləndirilməsi üçün hüquqi yollardan istifadə edəcəyini bildirib.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
