"Pakistan və Hindistan arasındakı hərbi qarşıdurmaya səbəb Hindistanın gecə saatlarında qəfil Pakistan ərazilərinə raket zərbələri endirib. Mülki əhali arasında ilkin məlumatlara görə 50 - ə yaxın insan şəhid olub. Pakistan hərbi hava qüvvələri isə Hindistanın 5 qırıcısını məhv etdikdən sonra Hindistan əsgərləri ağ bayraq qaldırmağa məcbur olub".
Redaktor.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. Onun sözlərinə görə, təbii ki, Pakistanın suyunu kəsməklə Hindistan süni şəkildə problem yaratmağa məcbur edilib:
"Qərbin ideoloji institutları, gizli xidmətləri vahid vahid hədəflərə doğru irəliləmək üçün bütün dünyada fəaliyyət təsirlərini göstərirlər. Əvvəlki şərhlərdə qeyd etmişdik. Necə ki, İsrail tərəfindən Qəzzanın, Suriyanın, Livanın hissə - hissə, tədricən tutulması "vəd edilən torpaqlar"ın tam bərpa etmək və son hədəf olraq Türkiyəyə yönəlmək üçün hazırlıqdır.
Daxildə çaxnaşmalar yaratmaq, Türk dövlətlərini Aİ-nin qrantları ilə ələ alaraq Kipr məsələsində Türkiyə əleyhinə qərara vadar etmək, Yunanıstanı təhrik etmək, ən yaxın müttəfiqi Pakistanın başını qatmaq kimi amillər güclənən Türkiyənin durdurulması üçündür.
Yaxın Şərqdə irəliləmək üçün Türkiyəni və müttəfiqlərini mümkün qədər öz problemləri ilə məşğul etmək istəyirlər.
Təbii ki, Avropanın dərin dövlət təmsilçiləri, siyasi - ideoloji institutlarının nümayəndələri mütəmadi olaraq İstanbulun Konstantinopol olmasını heç də əbəs yerə yada salmırlar. Əkrəm İmamoğlunun Fateh Sultan Məhəmmədin qəbrini təpikləməsi də təsadüfi deyildi.
Görünən siyasi maraqlar və görünməyən ideoloji, strateji maraqlar tam fərqlidir. Hər dövlətin görünən siyasəti ilə yanaşı görünməyən siyasəti də var.
Dünyada baş verən hadisələri ümumi nəzərdən analiz etdikdə bu boyda həngamələrin, oyunların bir armudun başında olmasını görməmək mümkün deyil. Heç də uzun illər razılaşmalara sadiq qalaraq münasibətləri qoruyan Pakistan və Hindistanın Yaxın Şərqin qarışdığı əyyamda müharibə həddinə gətirilməsi təsadüfi deyil.
Hindistan son dönəmdə Ermənistanı surətlə silahlandırırdı. Yaxın Şərqdə baş verən hadisələr, Türkiyə daxilində müxalifətin ayağa qaldırılması, Pakistan - Hindistan arasında müharibə tamamilə bir - birinə bağlıdır və eyni mənbələrdən idarə olunur.
Surətlə güclənməkdə olan Türkiyənin Suriyanı əldə etməsi hətta Trampın dilindən eyhamla səsləndirilmişdi. Eyni zamanda nüvə dövlətli olan Pakistanın Türkiyə ilə müttəfiqliyi - iki gücün birləşməsi Qərbin ideoloji dairələrinin yuxusunu ərşə çəkməyə bilməzdi.
Ancaq Pakistan və Hindistan arasındakı müharibənin gedişi əgər Qərbə sərf etməsə mütləq dayandırılacaq. Digər variantlar, başqa planlar sınaqdan keçirilməyə başlanacaq. Yox, məcranı dəyişib Hindistanın üstünlüyün saxlaya bilsələr davam edəcək".
Vasif ƏLİHÜSEYN