AZ

907-ci düzəliş Azərbaycana Qarabağı bərpa etməyə mane olur

ABŞ KİV: ABŞ qanununun 907-ci maddəsi Azərbaycana Qarabağı bərpa etməyə mane olur

Amerikanın mühafizəkar media resursu "Newsmax" yazır ki, Azadlığa Dəstək Aktının 907-ci düzəlişi Azərbaycana erməni işğalından azad edilmiş Qarabağı bərpa etməyə imkan vermir.

Bu qadağa həm də Bakının Azərbaycan ərazilərini ölkə ərazisinin 13%-dən çoxunu zibilləyən 1,5 milyon minadan təmizləmək səylərini ləngidir.

"Bu, mülki əhali üçün ciddi təhlükə yaradır və sosial-iqtisadi inkişafa mane olur. Üstəlik, bu, Vaşinqton üçün strateji və mənəvi səhvdir", - nəşr qeyd edir. Trampın 907-ci düzəlişi dayandırmaqla bu il Bakıya yardımı bərpa etmək imkanı əldə edəcəyi vurğulanır.

"Vaşinqton ortaq dəyərləri, idealları və məqsədləri paylaşan ABŞ, İsrail və Azərbaycanın üçtərəfli alyansının əsl potensialını nümayiş etdirməklə Bakı ilə strateji əlaqələrini gücləndirməlidir. Azadlığa Dəstək Aktının 907-ci düzəlişi ləğv etmək və ya fəaliyyətini dayandırmaq üçün addımlar atmaq onun növbəti xarici siyasət bombası olmalıdır. O vaxta qədər bu düzəliş ABŞ-ın Azərbaycanla əlaqələrinin inkişafına ən mühüm maneə törətməyə davam edəcəyini bildirir".

Seçilən
0
anspress.com

1Mənbələr