AZ

Qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZSГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər.Markalar” yeni dövlət standartı qəbul edilib.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, bu standart qızıl və onun əsasında hazırlanmışqızıl ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalındatətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədiləişlənib hazırlanıb.

Sözügedən standart “Qiymətli metallar və qiymətli daşlar”standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensusəsasında təsdiqlənib və AZSTAND tərəfindən Standartlaşdırma üzrənormativ sənədlərin Dövlət Fonduna daxil edilib.

“Yeni dövlət standartının tətbiqi qiymətli metal sənayesindəşəffaflıq və etibarlılığın təmin olunmasına, eləcə də, beynəlxalqvə yerli bazarlarda daha yüksək keyfiyyətli məhsulların təqdimedilməsinə imkan yaradacaq”, - məlumatda qeyd olunub.

Seçilən
0
5
az.trend.az

6Mənbələr