Rusiya hava hücumundan müdafiə qüvvələri bir gündə 524 Ukrayna PUA-sını vurub.
APA-Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN-dən o da bildirilib ki, Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın beş Neptun raketini, altı JDAM bombasını və iki HIMARS mərmisini vurub.