AZ

DVX UNEC-də Karyera Sərgisində iştirak edib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə və məzunlarının karyera inkişafına dəstək məqsədilə 16-cı Karyera sərgisi keçirilib. UNEC-in 95 illik yubileyinə həsr olunan yarmarkada 95 nüfuzlu şirkət və dövlət qurumu təmsil olunub. Sərgi tələbə və məzunların əmək bazarına çıxış və karyera imkanlarının artırılmasına, gənclərin işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması məqsədi daşıyıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sərgidə öz stendi ilə təmsil olunub. Burada iştirakçılara DVX-də mövcud iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan Yay Təcrübə Proqramı barədə ətraflı məlumat verilib.

Seçilən
0
vergiler.az

1Mənbələr