Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq bilidirib ki, Əgər fəaliyyət yoxdursa, lobbiçilik nəyi təbliğ edə bilər:
"Lobbiçilik çox asan görünən və eyni zamanda çox çətin bir prosesdir. Biz bilirik ki, bəzi dövlətlər lobbiçilik fəaliyyətinə görə küllü miqdarda vəsaitlər xərcləyirlər və aparıcı şirkətlərlə əməkdaşlıq edirlər. Həmin şirkətlər faktiki olaraq profilli zəmində nüfuz və təcrübə qazanmış qurumlardır. Bu, İkinci Dünya müharibəsindən sonra xüsusilə qərbdə, o cümlədən Amerikada böyük populyarlıq qazanmışdır.
Amma məsələ burasındadır ki, lobbiçilik nəyi təbliğ etməlidir? Əgər ortada fəaliyyət yoxdursa, əgər ölkənin vəziyyəti buna imkan vermirsə, lobbiçilik nəyi dəyişə bilər? Bəli, universal lobbiçilik fəaliyyətinə pullar xərclənə bilər, vəsaitlər ayrılar bilər. Amma vacibdir ki, lobbiçilik edən qruplar heç olmasa müəyyən nəticəni təbliğ etsinlər, ölkənin imicini yaysınlar, onu dünyada tanıtsınlar.
Əgər bu ölkənin ümumi fəaliyyəti zəifdirsə, onun subyektivliyi sıfıra bərabərdirsə, bu zaman problemlər daha çox olacaq, nəinki nəticələr. Təbii ki, ola bilər ki, bu müqavilənin arxasında hansısa qüvvələr dayanır və onların öz hesablamaları var. Düşünürlər ki, bu yolla böyük imkanlar əldə edə bilərlər. Amma əslində, bu heç də inandırıcı görünmür. Çünki lobbiçilər ilk növbədə ölkənin, qurumun, şirkətin və ya qrupun fəaliyyətini görməli, başa düşməlidirlər ki, təbliğ etdikləri məsələ həqiqətən diqqətə layiqdir.
Mən düşünürəm ki, Ermənistanın indiki vəziyyətində lobbiçi şirkətlərlə müqavilələr bağlamaq və onlara böyük vəsaitlər xərcləmək yersizdir. Çünki Ermənistan ilk növbədə öz cazibəsini artırmalıdır. Cazibə isə təbliğatla, təşviqatla və əməli işlərlə artır.
Bu baxımdan düşünürəm ki, Ermənistan əvvəlcə bölgədəki mövcudluğunu təsdiqləməlidir. Fiziki olaraq bölgədə Ermənistan var, amma onun fəaliyyətinin təsiri görünmür. Ona görə də düşünürəm ki, Ermənistan əvvəlcə özünün anti-böhran proqramını işləməli, daha sonra strateji əhəmiyyətli sahələrdə dönüş yaratmalıdır.
Əgər bu baş verməsə, heç bir dəyişiklik olmayacaq. Ermənistan başa düşməlidir ki, lobbiçilər görülən əməli işlərin təbliğatçısıdır. Onlar həmin işləri diqqətə gətirirlər və bu zəmində həm özləri qazanırlar, həm də ölkəyə xeyir gətirirlər.
Əgər Ermənistan olan-qalan imkanlarını, son vəsaitlərini də bu məsələyə sərf etsə və nəticədə məlum olsa ki, Ermənistanın heç bir real potensialı yoxdur və lobbiçilər onun imicini süni şəkildə parıldatmaqdadırlar - bunun heç bir xeyri olmayacaq. Ona görə də hesab edirəm ki, Ermənistan ilk növbədə bölgədə öz mövcudluğunu təsdiqləməlidir.
Əgər varsa, göstərməlidir ki, sadəcə formal olaraq yox, real fəaliyyəti ilə bu bölgədə yer alır. Qonşu dövlətlərlə münasibətləri olmalıdır, ən ciddi məsələlərə dair baxışları olmalıdır.
Ona görə də düşünürəm ki, adını çəkdiyiniz media qrupunun marağı da, əslində, istənilən subyekti aldadıb onun pulunu almaq və təmizləməkdir.
Əgər Ermənistanın son dövrlərdə tətbiq etdiyi dəyərlər və prinsiplər doğrudan da pula layiqdirsə, bu zaman onunla bağlı dərin fikir və mübadilə platformaları da olmalıdır. Amma faktiki olaraq görürük ki, Ermənistan minimum xərclərlə maksimum nəticə əldə etməyə çalışır.
Məsələn, bu lobbiçi şirkət də balaca bir qurum deyil. Amma əgər o, Ermənistandan nəsə umursa, gözləyirsə, bu nə dərəcədə düzgündür?
Eyni ilə, vasitəçi şirkətlər əgər anlayırlarsa ki, hər hansı bir şirkəti, qrupu və ya işgüzar dairəni hansısa ölkə ilə əlaqələndirmək lazımdır, bu zaman ilk növbədə həmin ölkənin müsbət tərəflərini önə çıxarmalı, göstərməlidirlər ki, bu ölkə həqiqətən məsuliyyətlidir, inteqrasiyaya açıqdır və bölgənin təhlükəsizliyində aparıcı rol oynayır.
Başqa məsələdir ki, bəzilərinin gücü çatmır, ya da vaxtı və ya istəyi yoxdur ki, verilən cavablara müstəqil şəkildə cavab versinlər və öz fikirlərini sərbəst ifadə etsinlər.
Hər halda mən düşünürəm ki, Ermənistan elə bir durumda deyil ki, Qərbin institutları Azərbaycana təzyiq göstərsinlər. Biz öz vəzifələrimizi gözəl anlayırıq və onları yerinə yetiririk. Hesab edirəm ki, yaxın zamanda Azərbaycanın PR-ı üçün heç bir əlavə xərc tələb olunmayacaq.
Çünki Azərbaycan mövcud vəziyyətdə də fəaliyyət göstərir, inkişaf edir və düşünürəm ki, biz yaxın zamanda bu təşkilatı dediyim sahədə görəcəyik".
Zeynəb Mustafazadə