AZ

Balıq tutmaq istəyən kişi elektrik cərəyanının qurbanı oldu

Lənkəranda balıq tutan 59 yaşlı kişi elektrik cərəyanı nəticəsində həyatını itirib.

Ölkə.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.

Məlumata görə, 1966-cı il təvəllüdlü rayon sakini Əzizağa Şirəli oğlu Ağayev səhər saatlarında balıq tutmaq üçün Lənkəran çayına yollanıb.
Balıq ovladığı zaman istifadə etdiyi alət ərazidən keçən yüksək gərginlikli elektrik xəttlərinə toxunub və nəticədə kişi elektrik cərəyanına düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Mərhumun cəsədi aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
olke.az

1Mənbələr