Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Oqtay Atayev beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov ilə birlikdə Buxarest şəhərində Rumıniya Üzgüçülük və Müasir Pentatlon Federasiyasının prezidenti Kameliya Alina Potets və Rumıniyanın üzgüçülük üzrə millisinin baş məşqçisi Silviu Anastase ilə görüş keçiriblər.
AÜF-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə federasiyaların müxtəlif fəaliyyət istiqamətləri, hədəf və məqsədlər, habelə marketinq və sponsorluq sahələri üzrə planlaşdırılan işləri müzakirə edilib. Eyni zamanda, federasiyalar arasında mümkün tərəfdaşlıq imkanları və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.