“Fiorentina” yarımmüdafiəçi Nikolo Zanyolonu “Qalatasaray”dan transfer etmək niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, “Fiorentina”da icarə əsasında çıxış edən oyunçunun performansı məşqçilər heyətini məmnun etmir. Bu səbəbdən də Zanyolo mövsüm sonu İstanbul klubuna geri dönəcək.
İtaliyalı yarımmüdafiəçi cari mövsümdə A Seriyasında cəmi 9 oyunda iştirak edib və heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.