AZ

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Lisenziyalarvə icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarındadəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Trend xəbərverir ki, sənədə əsasən, lisenziyanın və icazənin şərtlərinə riayətedilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləritərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsiistiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibatitədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən(lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi,qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görəməsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması,məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.

Belə ki, lisenziya tələb olunan fəaliyyət növlərinin (dövləttəhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısıgenişləndirilir.

Mövcud qanunvericiliyə əsasən, maye və təbii qaz təsərrüfatıobyektlərinin quraşdırılması və istismarı lisenziya tələb olunanfəaliyyət növü hesab olunur. Dəyişikliklə sözügedən maddə yeniredaksiyada verilib və yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı lisenziya tələb olunan fəaliyyətnövlərinin siyahısı daxil edilib.

"Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanunlayihəsinə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərininquraşdırılması və istismarına lisenziya verilməsinə görə dövlətrüsumu müəyyənləşir. Belə ki, yanacaqdoldurma və qaz təchizatıobyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün dövlətrüsumu 1 100 manat, yanacaqdoldurma və qaz təchizatı obyektlərininistismarına lisenziya verilməsi üçün dövlət rüsumu isə 2 500 manatolacaq.

Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.

Seçilən
0
6
az.trend.az

1Mənbələr