Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” yeni  dövlət standartı  qəbul edilib.

“Report” AZSTAND-a istinadən xəbər verir ki, bu standart qızıl və onun əsasında hazırlanmış qızıl ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalında tətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədilə işlənib hazırlanıb.

Sözügedən standart “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus əsasında təsdiqlənib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.