AZ

Müğənni Şimaldən narahatedici xəbər: Nişanlısı vəziyyəti açıqladı

Məşhur müğənni Şimal uzun müddətdir mübarizə apardığı xərçəngi məğlub etmişdi. Bazar günü keçirdiyi tutmadan sonra xəstəxanaya yerləşdirilən Şimalin son vəziyyəti ilə bağlı açıqlama nişanlısından gəlib.

Sherg.az xəbər verir ki, 2021-ci ildə  süd vəzisi xərçəngi diaqnozu qoyulan və çətin müalicə prosesindən sonra sağalan Şimal ötən il  rutin müayinələr zamanı beynində şiş olduğunu öyrənmişdi. 


 
8 saat davam edən beyin əməliyyatından sonra sağalma prosesinə girən Şimal qısa müddət əvvəl sağlamlığına qovuşduğunu açıqlamışdı.

Ötən həftələrdə gözəl havadan zövq aldığını paylaşan Şimalin halı pərəstişkarlarını qorxudub.

Bazar günü halı pisləşən Şimal xəstəxanaya yerləşdirildi və bir müddət reanimasiyada nəzarət altında saxlanıldı. Məşhur sənətçinin vəziyyəti yaxşılaşdığı üçün normal palataya köçürüldüyü bildirilib.

Müğənninin nişanlısı Nəcatı Arıcı, Şimalin səhhəti ilə bağlı məlumat verib.

“2-ci Səhifə” proqramına danışan Arıcı belə deyib: “Şimal ciddi bir tutma keçirdi. Hal-hazırda səbəbi araşdırılır.”
Seçilən
0
sherg.az

1Mənbələr