Türkiyədə yanğın zamanı tənqidçi-yazar ölüb.
Kulis.az Lent.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhəri Kadıköy qəsəbəsi Aktəpə küçəsindəki 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.
Yanğın zamanı evdə tək yaşayan 65 yaşlı tənqidçi-yazar Süha Oğuzertem yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bina sakinləri yanğının telefon yaxud şarj cihazından qaynaqlandığını bildiriblər.
Hazırda araşdırma aparılır.