AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan Çin Xalq Bankının açıqlamasında ölkənin milli valyutasının - yuanın keçən ay ABŞ dollarına nisbətdə 0,21% möhkəmləndiyi, dolların isə əsas valyutalar səbətinə qarşı 4,34% ucuzlaşdığı bildirilir.
Çin valyuta ehtiyatlarını artırmaqla yanaşı, qızıl ehtiyatlarını da çoxaltmağa davam edir. Aprelin sonunda ölkənin qızıl ehtiyatları 73,77 milyon unsiya təşkil edib ki, bu da bir ay əvvəl qeydə alınan 73,7 milyon unsiya səviyyəsindən yüksəkdir. Bu, Çinin qızıl ehtiyatlarını artırdığı ardıcıl altıncı ay olub.
Pul ekvivalentində Çinin qızıl ehtiyatları martın sonunda qeydə alınan 229,6 milyard dollardan 243,6 milyard dollara yüksəlib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta