AZ

"Bunu yenidən edəcəyimizə ümidliyik" - "İnter"in qələbə qolunun müəllifi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında (ilk oyun 3:3) "Barselona"nı əlavə vaxtda 4:3 hesabı ilə məğlub edərək finala yüksələn "İnter"in qələbə qolunun müəllifi Davide Frattezi azarkeşlərə səslənib.

Fanat.Az xəbər verir ki, görüşün 99-cu dəqiqəsində rəqib qapısına yol tapan yarımmüdafiəçinin videomüraciətini "qara-göylər"in mətbuat xidməti klubun sosial şəbəkə hesablarında paylaşıb:

"Salam, uşaqlar. Mən sağam. Belə deyim, 100 faiz hazır deyiləm, amma indi gedib nəsə yemək istəyirəm. Əlbəttə ki, Münhendə görüşəcəyik. Bunu yenidən edəcəyimizə ümidliyik".

Xatırladaq ki, "İnter" son dəfə 2010-cu ildə ÇL-in qalibi olub. İtaliya nəhəngi daha öncə 1964 və 1965-ci illərdə Avropa Çempionlar Kubokunu qazanıb.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr