AZ

Mauro İkardidən üzüklü foto: Suarez ilə evlənir? - FOTO

Argentina əsilli forvet oyunçusu Mauro İkardi, "Qalatasaray"da çıxış etməklə yanaşı, şəxsi həyatı ilə də tez-tez gündəmə gəlir. 

Sherg.az xəbər verir ki, məşhur futbolçu Vanda Nara ilə qalmaqallı ayrılığından sonra China Suarez ilə yeni bir münasibətə başlayıb.
Xoşbəxt münasibətləri davam edən cütlük istirahət üçün ABŞ-a yollanıb. 


 
Xoş anlarını sosial şəbəkədə izləyiciləri ilə paylaşan cütlükdən İkardi, sevgilisi ilə birlikdə Mayamidə kamera qarşısına keçib.

Ulduz futbolçunun sevgilisi ilə paylaşdığı fotoda üzüklər xüsusilə diqqət çəkib. Məşhur cütlüyün barmaqlarındakı üzükləri görənlər “Evlənirlərmi?” sualını axtarmağa başlayıblar.
Mauro İkardinin “Səni sevirəm” qeydi ilə paylaşdığı şəkli China Suarez də öz sosial media hesabında paylaşıb.



Seçilən
0
sherg.az

1Mənbələr