"Rusiya ordusu Böyük Qələbənin 80-ci ildönümünün sakit və dinc şəraitdə keçməsi üçün lazım olan hər şeyi edir".
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dimitri Peskov deyib.
"Kiyev rejimi öz mahiyyətini, terror aksiyalarına meylini nümayiş etdirməkdə davam edir. Xüsusi xidmət orqanları və hərbçilərimiz Böyük Qələbənin qeyd edilməsinin sakit, sabit və dinc şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirləri görürlər", - o bildirib.