Kreml Qələbə paradı zamanı Moskvada mobil internetin fəaliyyətinə qoyulan məhdudiyyəti anlayışla qəbul etməyə çağırıb.
Moderator.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
D.Peskov qeyd edib ki, söhbət hansısa nasazlıqdan yox, mobil internetin fəaliyyətinə tətbiq edilən məhdudiyyətdən gedir.
Kremlin sözçüsü əlavə edib ki, qələbənin ildönümü ilə əlaqədar xarici ölkələrdən gələn qonaqların Moskvada olduğu müddətdə, yəni may ayının 10-na qədər, insanlar mobil internetin fəaliyyətində məhdudiyyətlərə hazır olmalıdırlar.