Çin Xalq Respublikasının sədri Si Cinpin Qələbə paradında iştirak etmək üçün Rusiya paytaxtına yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Si Cinpin mayın 7-dən 10-dək Moskvada dövlət səfərində olacaq.
Rusiya və Çin SSRİ-nin II Dünya Müharibəsindəki qələbəsinin və Çinin Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində qələbəsinin 80 illiyini birgə qeyd edirlər.