Bakı. Trend:
Ana südü körpə üçün əvəzsiz, təbii və faydalı qida mənbəyidir.Talassemiyalı ana, əgər ümumi sağlamlıq vəziyyəti icazə verirsə,hər kəs kimi övladını ana südü ilə qidalandıra bilər.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,hematoloq Şəhla Şabanova açıqlayıb.
Onun sözlərinə görə, bəzi istisna hallar mümkündür:
“Əgər ana dəmir qovucu preparatlar qəbul edirsə, bu dərmanlarana südü ilə keçərək körpənin sağlamlıq vəziyyətinə zərər vurabilər. Əgər ananın mövcud vəziyyəti imkan verirsə, bu dərmanlarıhematoloq icazəsi ilə müvəqqəti kəsilərək, ana südü ilə qidalanmatəmin edilməlidir. Ananın fərdi vəziyyəti, qidalanması zəifdirsə,südvermə onu daha da zəiflədə bilər. Bu zaman əlavə qida dəstəyi vəya ananı dəstəkləyici qida və istirahət rejiminə xüsusi diqqətetmək gərəklidir”.
Mütəxəssis-ekspert bildirib ki, bundan başqa, körpənin normalçəki artımı və sağlamlıq vəziyyəti pediatr tərəfindən mütəmadiizlənilməlidir:
“Son olaraq, əgər ana xüsusi müalicə almırsa, ümumi vəziyyətistabildirsə, ana südü övladı üçün ilk seçilən qida vasitəsiolmalıdır. Sadəcə hematoloq, neanotoloq və ginekoloq koordinasiyalışəkildə ananın və yenidoğulmuşun vəziyyətinidəyərləndirməlidir”.