Azərbaycan II Liqasında çıxış edən "Şəmkir" "Traktor"u təbrik edib.
Azərbaycan II Liqası komandası "Şəmkir" 24-cü tur çərçivəsində "Füzuli" ilə qarşılaşıb.
Operativ Media xəbər verir ki, Vüqar Nadirovun yetirmələri 3:0 hesabı ilə qalib gəldiyi matçda Cənubi Azərbaycan təmsilçisi "Traktor"u unutmayıblar.
Matçdan sonra azarkeşlərlə birgə banner açan "Şəmkir"in futbolçuları "Traktor"u İran Pro Liqasının çempionu olması münasibətilə təbrik ediblər.