AZ

Ceyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

Söhbət zamanı Bakı və İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı məsələlərin tam spektri müzakirə olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa səfəri çərçivəsində həmkarı Fuad Hüseyni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb.

Operativ Media xəbər verir ki, bu barədə C.Bayramov bu gün Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

"Mən cənab Hüseyni Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda münaqişədən sonrakı vəziyyət, xüsusilə yüz minlərlə keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtması üçün göstərilən səylər barədə məlumatlandırdım. Biz həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirləri müzakirə etdik, çünki minaların mövcudluğu əhalinin qayıtması üçün ciddi maneə olaraq qalır", - Azərbaycan XİN başçısı qeyd edib.

O əlavə edib ki, söhbət zamanı Bakı və İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı məsələlərin tam spektri müzakirə olunub.

"Biz sülh sazişinin mətninin razılaşdırılması istiqamətində əldə edilmiş irəliləyişin vacibliyini vurğuladıq. Bununla yanaşı, həll olunmamış məsələlər, xüsusilə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu məsələsi qalır", - C.Bayramov bəyan edib.

Seçilən
0
4
operativmedia.az

10Mənbələr