Rəsmi statistikaya əsasən, 2025-ci ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanda tərəvəzlərin qiyməti 17,9%, meyvələrin qiyməti isə 7,9% artıb. Bu artım təkcə illik deyil, həm də cari ilin mart ayı ilə müqayisədə müşahidə olunur, bu da ərzaq sektorunda inflyasiyanın davam etdiyini göstərir.
Bu barədə yerli iqtisadçı Suren Parsyan bəyan edib.
Rəsmi məlumatlara görə, Ermənistan əhalisinin hər dörd nəfərindən biri yoxsuldur və gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına, o cümlədən qiymətləri ikirəqəmli faizlərlə artan tərəvəzlərə xərcləyir. Bu vəziyyət yoxsulluğu daha da dərinləşdirir.
Qiymət artımının əsas səbəbi kimi isə aqrar sahədəki uğursuz siyasət göstərilir və bu siyasətin təcili şəkildə yenidən nəzərdən keçirilməsi tələb olunur.
Ermənistanda istehsal edilən bir sıra məhsulların da qiyməti kəskin şəkildə artıb: məsələn, kartof 47%, xiyar 16,6%, alma 16,4%, çiyələk isə 23,7% bahalaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta