Sakit okeanda Vanuatunun Tanna adasının cənub sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytındakı məlumat verilib.
Qeyd olunur ki, zəlzələnin episentri 35,9 min nəfərin yaşadığı Port Vila şəhərindən 272 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı təxminən 109 km dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.