Ukrayna münaqişəsində əsas məqsəd eskalasiyanın qarşısını almaqdır.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.
"Çinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ardıcıl və aydındır; biz həmişə sülh danışıqlarının və atəşkəsin asanlaşdırılmasını fəal şəkildə müdafiə etmişik", Lin Jian bildirib.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Qlobal Cənub ölkələrinin əksəriyyəti Ukraynadakı vəziyyətdə konstruktiv rol oynayır və münaqişənin sülh yolu ilə həlli prosesini sürətləndirməyə çalışır.