Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu” partiyasının sədri seçilib.
Bu barədə "Georgia Today" məlumat yayıb.
Məqalədə deyilir: “İrakli Kobaxidze “Gürcü arzusu”nun sədri seçilib.
Qurultayda partiya üzvləri yekdilliklə qərar qəbul ediblər. Kobaxidze ikinci dəfə partiya sədri vəzifəsini tutub.