"Nikah öncəsi tibbi müayinə vacib rol oynayır".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, bu müayinələr nəticəsində daşıyıcılar müəyyən edilir, müvafiq məsləhət verilir.
"Əgər risk varsa, cütlükləri xəbərdar edirik və düzgün qərarlar vermələrinə yardımçı oluruq. Bir daha qeyd edirəm ki, talassemiya anadan və ya atadan uşağa irsən ötürülür".
Mina Mikayılova