AZ

Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Lənkəranda balıq tutan 66 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qırmağı ərazidən keçən yüksəkgərginlikli elektrik xətlərinə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub. Ə.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
14
ekologiya.az

10Mənbələr