Bakı. Trend:
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsindəmüvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyatakeçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanlarınetibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlayıblar.
Trend-in əldəetdiyi məlumata görə, bu şəxslər qabaqcadan əlbir olaraq sənədləriolmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdəzərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədovtəqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslərvarsa, bu barədə polisə məlumat verə bilərlər.