ABŞ polisi Sietldə Vaşinqton Universitetinin akademik binalarından birini ələ keçirmiş 30-a yaxın fələstin tərəfdarı fəalı saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
"Binanı ələ keçirən 30-a yaxın şəxs ətraf ərazilərə qanunsuz keçmə, əmlakı məhv etmə və ictimai asayişi pozma, habelə hər üç qanun pozuntusunu törətməkdə sui-qəsddə ittiham olunaraq həbs edilib", - məlumatda qeyd olunub.
Bildirilir ki, etirazçılar girişləri bağlayıb, zibil qablarını yandırıb və “təhlükəli mühit” yaradıblar.