Bakı şəhəri, Səməd Vurğun küçəsində piyadanı avtomobil vurub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, 90-OU-858 dövlət nömrə nişanlı "Chevrolet Malibu" markalı avtomobilin qadın sürücüsü piyada keçidindən keçmək istəyən həmcinsini vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri almış qadın Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Bizim.Media